11 oktyabr 2012 01:28
Fəxri kürsüyə sahib olmaq iddiası
FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Fransaya qarşı yarımfinal oyununda hakimin son fiti ilə Qananın FIFA qadınlararası turnirində ilk dəfə olaraq finala çıxmaq iddiaları sona yetdi, bununla belə Afrika təmsilçisi məğlub olduqları üçün heç də məyus görünmürdü. Elə o meydanda hansı sevinclərin yaşana biləcəyindən əlbəttə ki, təəsüf hissi ilə danışılsa da, komandanın son dördlüyə çıxa bildiyinə və bu turniri ölkələri, eləcə də Afrika qadın futbolu üçün şanlı səhifəyə çevirdiklərinə görə onların təlim-məşq bazasında əsasən qürurlu abu-hava hökm sürürdü.
İndi qanalıların fikri növbəti mühüm bir uğura imza atmağa yönəlməlidir: 13 oktyabrda almanlara qarşı keçirəcəkləri oyunda qalibiyyət əldə etməklə üçüncü yerə sahib olmaq. "Bugünkü oyun heç də asan keçmədi," deyə Alberta Ahiayley çərşənbə axşamı keçirilmiş yarım final oyunun ardından FIFA.com saytına bildirir. "Fransalılar çətin rəqibdirlər və biz ilk dəfə idi ki yarımfinala çıxmışdıq. Sonda isə finala çıxmaq sadəcə bizə qismət olmadı. Bu gün bəxt bizim tərəfdə olmadı, lakin biz məyus olmamalıyıq, çünki hələ növbəti oyunumuz var və o oyunda qalib gəlmək istəyirik".
Hələ də 15 yaşında olmasına baxmayaraq gənc hücumçu məyusluq hisslərini kənara qoyub, gələcəyə qətiyyətlə, qürurla və yetkin tərzdə baxır: "Bizim çox yaxşı komandamız var və mən bu turnirdə sərgilədiyimiz oyun səviyyəsinin hələ də təəsüratı altındayam. Biz Fransaya məğlub olduq, bununla belə biz turnirdə son cəhdimizi etməliyik, çünki biz növbəti oyunda qalib gəlib turnirdə üçüncü yeri tutmaq istəyirik".
Azərbaycan 2012-də indiyə qədər bir qolun müəllifi olan Ahialey yarımfinal oyunu ərzində meydanda əmzkarcasına mübarizə aparırdı, buna baxmayaraq fransalı müdafiəçilər oyundan əvvəl oyunçunun nəyə qadir olduğu barədə artıq təlimatlandırılmışdılar və onlar Qananın 9 nömrəsinə meydanda manevr etməyə demək olar ki, imkan vermədilər. Bununla belə, hüçumçu beynəlxalq turnirdə sərgilədiyi performansından ümumilikdə razı qalıb: "Düzünü desəm indiyə qədər turnirdə nümayiş etdirdiyim performansdan razıyam, lakin mən növbəti oyunda daha yaxşı oyun sərgiləmək istəyirəm və bunu edə biləcəyimə ümid edirəm".
Məşqçisi Mas-Ud Dramani da şübhəsiz ki, onun bu fikirlərini bölüşəcəkdir, baxmayaraq ki, o, gənc komandasının turnir öncəsi gözləntilərini üstələdiyini artıq etiraf edib. "Bizm məqsədimiz yarımfinala çıxmaq idi, lakin biz bundan daha çoxunu bacardıq," deyə Dramani qeyd edir. "Nə olsun ki, biz yarımfinal oyununda "autsayder" idik. Biz bu turnirdə indiyə kimi bu qədər irəliləməmişdik".
Bacarıqlarına həmişə inandığı oyunçuları ilə sərt və eyni zamanda üzüyola olan Dramani fransızlar ilə oyunda komandasının daha gənc və daha təcrübəsiz olduğuna görə məğlub olduğunu düşünür, bununla belə o, 2-0 hesablı məğlubiyyətdə komandasının müsbət tərəflərinin də olduğunu iddia edir. "Biz tezliklə özümüzə gələcəyik," deyə o, qeyd edir. "Əslində mən komandamın gündən-günə yetkinləşdiyini düşünürəm. Oyunçular hələ çox gəncdirlər və onlar məğlubiyyət və qələbələri qəbul etməyi bacarmalıdırlar. Onlar üçün İnkişaf edib təkmilləşməyin yolu budur".
Azərbaycan 2012-də Qananın son oyunu öncəsi son soz vətənə qayıtmamışdan əvvəl turniri yüksək notlarla baş vurmaq üçün komandasının qətiyyətli olduğunu vurğulayan Ahialeyə verildi. " İlk dəfədir ki, komandamız bu turnirdə bu qədər irəliləyib," deyə o, söhbətini yükunlaşdırır. "Qana buna görə qürurludur və biz bu hisslərin davam etməsini istəyirik. Bu bizim üçün ən böyük stimuldur və buna görə də biz növbəti oyunumuzda qalib gəlmək istəyirik".
