11 oktyabr 2012 13:56
Xəzər Lənkəran doğma məkana yollandı
Uzun müddətdi Bakıda məskunlaşan "Xəzər Lənkəran" bu gün artıq doğma diyara yola düşüb. Azerisport.az xəbər verir ki, komanda bu gün 10:00-da qaldığı "Happy İnn" otelini tərk edərək Lənkərana istiqamət götürüb.
Lənkəranda komanda bu gün axşam uzun fasilədən sonra ilk məşqinə çıxacaq. Sabahdan isə "Xəzər Lənkəran" əvvəllər olduğu kimi gündə 2 dəfə məşqə çıxaraq Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində oktyabrın 21-də baş tutacaq "Qəbələ" klubu ilə görüşə hazırlaşacaq.
