11 oktyabr 2012 14:07

“Bu mövsüm daha yaxşı təsir bağışlayırıq”

 
“İnter”in əvəzedici heyətinin baş məşqçisi Tofiq Mustafayev müsahibəsində yetirmələrinin 8 tur ərzindəki çıxışını dəyərləndirib, komandanın məqsədlərindən danışıb və digər suallara cavab verib. Azerisport.az həmin müsahibə ilə sizi də tanış edir.

- “İnter”in əvəzedici heyəti çempionatda artıq 8 qarşılaşma keçirib. Bu oyunlarda “İnter”in çıxışını qiymətləndirməyinizi xahiş edirik...
- Ötən mövsümlə müqayisədə bu il çempionata daha məhsuldar başladıq. Sevindirici haldır ki, komanda əvvəllər realizasiyada olan problemləri aradan qaldırdı. Bu planda ötən mövsümlə müqayisədə daha yaxşı təsir bağışlayırıq. 8 oyunda 21 qol vurmuşuq və cəmi 7 qol buraxmışıq. Qeyd etmək istərdim ki, digər komandalardan daha az qol buraxmışıq. Bu irəliləyişimizdə, əlbəttə, bizimlə sıx əməkdaşlıq edən və fəal şəkildə kömək göstərən əsas komandanın böyük xidməti var. Baş məşqçi Kaxaber Tsxadadze bizə böyük köməklik göstərir, bundan başqa, matçlarımıza bizimlə sıx əməkdaşlıq edən Aleksandr Rexviaşvili də baş çəkir. Xoşdur ki, əsas komandaya Ramil Mansurov, Coşqun Diniyev, Ruslan Cəfərov və Mirsahib Abbasov kimi ehtiyat heyətin futbolçuları cəlb olunurlar.
 
- Sadaladığınız futbolçular artıq ötən mövsümdən  etibarən əsas komandaya cəlb edilirlər. Bəs yeni namizədlər var?
- “İnter” Uşaq Gənclər Futbol Məktəbindən ötən il cəlb etdiyimiz Adil Nağıyevi misal gətirə bilirəm. Xoşdur ki, əsas komandayla məşqlərə müdafiəçi Cəmil Hacıyev də cəlb olunur. Mövsüm öncəsində “İnter” UGFM-dən böyük ümidlər verən bir neçə futbolçu cəlb etmişdik. Onlardan Abbas Hüseynovu qeyd edərdim. Əminəm ki, o, bu tempdə çalışmaqda davam edərsə, o zaman onu yaxşı gələcək gözləyir. Lakin təkrar edirəm ki, ona taktiki və digər planlarda hələ çox işləmək lazımdır.
 
- Hazırda çempionatda fasilə yaranıb. Fasiləni necə keçirməyi planlaşdırırsınız? Yoldaşlıq görüşü keçirmək planınız var?
- “Rəvan”la matçdan sonra futbolçulara 3 günlük istirahət verildi. Sonra bir araya gələrək məşqlərə başladıq. Güc və sürətli dözümlük üzərində çalışmağı planlaşdırırıq. Çempionatın oyunlarına yaxşı hazırlaşmaq istəyirik. Yoldaşlıq görüşü də keçirməyi düşünürük. Çox güman ki, AZAL və ya “Rəvan” komandasının əvəzedici heyətilə qarşılaşacağıq.
 
- Bu, Sizin “İnter”in əvəzedici heyətinin baş məşqçisi qismində ikinci mövsümünüzdür. Baş məşqçi kimi, ilk çempionatınızda yetirmələriniz 3-cü yeri tutmaqla fərqlənmişdilər. Yəqin cari ildə bu nəticəni yaxşılaşdırmağı planlaşdırırsınız?
- Nəticələr gənclərə çox vacibdir, belə ki, müsbət nəticə və qələbələr həmişə güclü şəkildə ruhlandırır. Klub prezidentinin oyunlarımıza baş çəkməsi və əsas komandanın bizimlə maraqlanması bizi ruhlandırır. Bundan başqa, hər bir futbolçunun getməli olduğu hədəfi olmalıdı. Bizim uşaqlarımız güclü şəkildə hazırlaşırlar və onların müəyyənləşdirilmiş məqsədləri var. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.