11 oktyabr 2012 14:28
Bakı İnterinin futbolçuları bıçaqlandı
Bakının Nəsimi rayonunda futbolçuların qanı axıdılıb. Azerisport.az xəbər verir ki, Rayon Polis İdarəsindən verilən məlumata görə, Bakının “İnter” futbol klubunun iki gürcü futbolçusu “Mamoniya” kafesinin yaxınlığında bıçaqlanıb.
Müəyyən edilib ki, klubun hücumçusu Georgi Adamiya və qapıçısı Georgi Lomaya sözügedən barın qarşısında naməlum şəxslərin hücumuna məruz qalıblar. Cinayətkarlar futbolçuları bıçaqla hədələyərək əyinlərindəki gödəkçəni, telefonlarını və pullarını almaq istəyiblər.
Futbolçular müqavimət göstərərkən həmin şəxslər onlara bıçaqla xəsarət yetiriblər.
Hazırda faktla bağlı araşdırma aparılır. (milli.az)
