11 oktyabr 2012 14:43
“Biz hətta çempion olanda da futbolçularımızdan heç birini xüsusi fərqləndirməmişdilər”
“İnter”in prezidenti Goergi Nikolov komandasının üzvlərinin ötən mövsümün yekunlarına görə fərdi mükafatlara layiq görülməməsinə münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Əgər burda söhbət stolüstü tennisdən, bədii gimnastikadan və ya ağır atletikadan getsəydi, o vaxt təəssüflənərdim. Amma futbol komanda oyunudu. Burda komandanın uğuru daha vacibdi. Biz hətta çempion olanda da futbolçularımızdan heç birini xüsusi fərqləndirməmişdilər”.
