11 oktyabr 2012 15:16
Azərbaycan kubokunun püşkü atılacaq
Futbol üzrə Azərbaycan kubokunun 2012/2013-cü il mövsümünün püşkatma mərasimi keçiriləcək. Azerisport.az xəbər verir ki, mərasim cümə günü, oktyabrın 12-də təşkil olunacaq.
AFFA-nın inzibati binasında təşkil olunacaq tədbirin başlama vaxtı 16:00-dır. Tədbirə bütün KİV nümayəndələri dəvətlidi.
