11 oktyabr 2012 15:39
Georgi Adamiya: Gürcüstanda müalicə olunuram
“İnter”in gürcüstanlı yarımmüdafiəçisi Georgi Adamiya komanda yoldaşı Georgi Lomaya ilə birgə hücuma məruz qalması barədə yayılan xəbərləri təkzib edib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mən sentyabrın 11-də zədə aldım. Bundan düz bir həftə sonra, sentyabrın 18-də isə Bakıdan getdim. İndi Gürcüstanda müalicə olunuram. Öncə Almaniyaya gedib əməliyyat olunmuşdum. Tam olaraq noyabrın sonuna qədər sağalmalıyam. Son xəbərlərə gəlincə, bu barədə heç nə bilmirəm”.