11 oktyabr 2012 16:15
Bonfim: Kamran Ağayevi komandadan uzaqlaşdırmaq lazım deyildi
“Xəzər Lənkəran”ın müdafiəçisi Eder Bonfim azerisport.az saytına müsahibəsində komandasının çıxışından, eləcə də Kamran Ağayevin əsas heyətə qaytarılmasından danışıb.
- Ötən mövsümü necə xatırlayırsız?
- Mövsümə çox yaxşı başlamışdıq. İlk üç turda lider idik. Təəssüf ki, çempion olmağımıza azacıq nəsə çatışmadı. Bütövlükdə, gərgin mübarizə var idi.

- Komandanız təltifolunma mərasimində gümüş medallarına qovuşdu. Karyeranızda belə hadisələr nə qədər olmuşdu?
- Bir neçə dəfə olmuşdu. Amma bu, ən yaxşılardan idi. Belə mərasimlərdə iştirak etmək çox xoşdu. Özünü əsl futbolçu kimi hiss edirsən. Çünki burda sənin işinə əsl qiymət verirlər. Adrian Pitlə Kamran Ağayevin öz amplualarında ən yaxşı seçilməsi də xoş oldu. Hər şey ədalətlidi.

- Bu mövsümük çıxışınıza əsasən yenə belə mərasimdə iştirak etmək şansınızı necə qiymətləndirirsiz?
- Turnir cədvəlindəki vəziyyətimizi nəzərə alsaq, mərasimə o qədər də yaxşı əhval-ruhiyyədə gəlməmişdik. Lakin bu tədbir bizə yaxşı emosiya bəxş etdi və ümid edirəm ki, komandaya psixoloji cəhətdən yaxşı təsir göstərəcək. Onu da xatırlamaq lazımdı ki, “Neftçi” də ötən mövsümə çox pis başlamışdı. Amma sonda çempion oldular.

- Deməli, bu mövsümü çempion kimi bitirəcəyinizə ümidlisiz?
- Şübhəsiz. Bizdə bir sıra yeni futbolçular var ki, onlar bu dəfə medal ala bilmədilər. Amma onlar da növbəti mövsümün yekunlarına əsasən belə mərasimdə iştirak etməyə kökləniblər. Bu, onlara da əlavə stimul vermiş olacaq. Ümidvaram ki, daha yaxşı çıxış edəcəklər.

- Cari mövsümə uğursuz başlamağınıza nə səbəb oldu?
- Bəzi səfər oyunlarında inamlı təsir bağışlamadıq. Bir oyunu səfərdə, digərini evdə keçirəndə ritmi tutmaq olur. Amma biz az qala bütün oyunlarımızı səfərdə keçiririk. Xeyli xal itirdik. “Neftçi”yə, “Simurq”a, “Turan”a uduzduq. Tovuzda ümumiyyətlə nonsens oldu. Mən hakimlikdən danışmağı sevmirəm. Amma onların səhvləri sonda məğlubiyyətə gətirib çıxardı. Bizi indi ev oyunları gözləyir. Fikrimcə, bundan sonra nəticələr də yaxşılaşmalıdı.

- Kamran Ağayevin komandaya dönüşünü necə qarşıladınız?
- Mən ümumiyyətlə, belə hesab edirəm ki, onu komandadan kənarlaşdırmaq lazım deyildi. Onun nəyə qadir olduğu barədə əlavə danışmağa ehtiyac yoxdu. Amma həmin qərarı mən qəbul etməmişdim. Rəhbərliyin qərarına hörmətlə yanaşmaq lazımdı. Hər halda Kamranın komandaya dönüşü müsbət təsir göstərəcək.