11 oktyabr 2012 16:23
Rapid - Bayer oyununda azərbaycanlı
Asim Xudiyev yeni beynəlxalq təyinat alıb. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 25-ə, Vyana şəhərində keçiriləcək "Rapid" (Vyana, Avstriya) - "Bayer" (Leverkuzen, Almaniya) oyununun hakim-inspektoru Asim Xudiyev olacaq.
