11 oktyabr 2012 16:54
İnter iki sınaq matçı keçirəcək
“İnter”in əvəzedici heyəti çempionatda yaranmış fasilədən istifadə edərək yoldaşlıq matçı keçirməyi planlaşdırır. Azerisport.az xəbər verir ki, sabah Zabrat qəsəbə stadionunda Tofiq Mustafayevin yetirmələri “Rəvan” komandasının ehtiyat heyətilə qarşılaşacaq.
Oyun saat 14.00-da başlanacaq.
Maraqlıdır ki, bu komandalar bir-birilə çempionatın son turunda qarşılaşmışdı və oyun qolsuz bərabərliklə başa çatmışdı.
