11 oktyabr 2012 17:25
Arazın futzalçısının anası vəfat etdi
Futzal üzrə Azərbaycan çempionu “Araz” daha bir qara xəbərlə sarsılıb. Azerisport.az xəbər verir ki, ötən gün gözlənilmədən UEFA Kubokunun elit raundunda Sloveniya “Litija”sına uduzan (3:5) təmsilçimizin oyunçusu Şikunun anası vəfat edib.
Qeyd edək ki, o, anasının səhhətinin pisləşməsi ilə əlaqədar Sloveniyaya da getməmişdi. Həkimlərin bütün cəhdlərinə rəğmən, braziliyalı futbolçunun anasının həyatını xilas etmək mümkün olmayıb.
