11 oktyabr 2012 17:33
Şakira DÇ-2012-nin bağlanış mərasimində canlı performansla çıxış edəcək
FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 şənbə gecəsi qeyri-adi və möhtəşəm bir sonluqla başa çatacaq. Azerisport.az xəbər verir ki, Qana və Almaniya komandaları arasında bürünc medal uğrunda keçiriləcək görüşün ardınca Fransa və Koreya XDR komandalarının final oyunundan sonra stadionda dünya şöhrətli ulduz Şakiranın canlı performansı baş tutacaq.
Tarix və vaxt: 13 oktyabr 2012
Qana – Almaniya. Saat 17:00
Fransa – Koreya XDR. Saat 20:00
Məkan : Tofiq Bəhramov adına Respublika stadionu, Bakı
Bilet satışı hələ də davam edir.
