11 oktyabr 2012 18:38
Bakının Fransa klubuna gedəcək 4 futbolçusu bəlli oldu (FOTO)
“Bakı”nın U-16 komandasının Fransanın “Lans” klubuna gedəcək futbolçularının adları müəyyənləşib. Azerisport.az xəbər verir ki, bunlar Ülvi Süleymanov, Valeh Seyidov, Əzəmət Qazayev və Etibar Sayilovdu.
Onlardan üçü yarımmüdafiəçi, biri isə hücumçudu. Qeyd edək ki, bu futbolçular üç il “Lans”da təcrübə keçəcəklər.
