11 oktyabr 2012 11:14

Qurban Qurbanov: Rauf Əliyev ehtiyatda qalandan bəri yaxşıya doğru dəyişməyə başlayıb

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov azerisport.az saytına müsahibəsində komandasının çıxışını dəyərləndirib, digər sualları cavablandırıb.
 
- Ötən mövsümün qaliblərinin mükafatlandırılması mərasimində komandanız medalçılar sırasında olmasa da, siz də var idiniz...
- Əlbəttə, çox istərdim ki, mükafatçılar sırasında komandamız da olsun. Amma ötən mövsümün nəticələrinə görə biz bunu qazana bilmədik. Ümid edirəm ki, bu mövsümün yekunlarında biz də mükafatlandırılanlar sırasında yer alarıq.
 
- Hazırda yenə yığmanın toplanışı gedir və komandanızın əksər futbolçuları millinin düşərgəsindədi. Yenə uğursuzluqla üzləşəcəyinizdən ehtiyatlanmırsız?
- Hazırda düz 11 futbolçu komandadan ayrılıb. Təbii ki, bu üzdən qarşıdakı turun “Bakı” ilə oyununa normal hazırlaşa bilmirik. Çətindi. Amma nə etmək olar? Biz buna öyrəncəliyik.
 
- Oktyabrın 13-də “İnter”lə yoxlama oyununuz var. Kimləri meydana buraxacaqsız?
- Biz əvəzedici heyətdən əsas komandaya bir neçə futbolçu cəlb etmişik. Bu oyun bizə lazımdı. Komandada elə futbolçular var ki, elə də çox oyun keçirmirlər. Onlar üçün bu oyun çox vacibdi.
 
- Komandanızın ilk 8 turdakı çıxışı barədə nə deyə bilərsiz?
- Əgər turnir cədvəli baxımından götürsək, hər şey o qədər də pis deyil. Çünki ikinci pillədə gedirik. Amma etiraf edim ki, bu müddət ərzində daha çox xal toplamağı planlaşdırmışdıq. Əgər AZAL-la oyundakı məğlubiyyəti nəzərə almasaq, oyun planında da hər şey məni qane edir. Hətta Zaqatala və Gəncədə heç-heçə etdiyimiz oyunlarda da normal futbol sərgilədiyimizi düşünürəm.
 
- Elə isə komandanın son üç oyunda qol vura bilməməsi nə ilə bağlıdı?
- Bütün bu oyunlarda meydanda diqtə edən tərəf biz olmuşuq. Belə olur. Çətinliklər var. Bəzi futbolçular öz ideal formalarından uzaqdılar. Mən onlarla ayrı-ayrılıqda söhbət də etmişəm. Ümid edirəm ki, nəticə çıxaracaqlar. Çempionat hər il daha da çətinləşir. Asan rəqib qalmayıb. Ona görə də hər oyunda 100 faiz güc sərf etməlisən. Ola bilsin ki, bəzi futbolçular bu qədər çətin olacağını gözləmirdilər.
 
- Rauf Əliyevin hazırda özünü göstərə bilməməsi onun transferi haqda gəzən söhbətlərlə əlaqəli deyil ki?
- Bu futbolçunun böyük potensialı var. Onun yığmadakı uğurlu çıxışı arxayınlaşmasına səbəb olub. Belə olanda futbolçuda məsuliyyət hissi də aşağı düşür. Amma Portuqaliya ilə oyunda meydana buraxılmaması onu yaxşı mənada dəyişdi. Son oyunlarda qol vura bilmir. Buna görə də üzərində daha çox işləməlidi. Başqa çıxış yolu yoxdu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.