11 oktyabr 2012 11:26
Berti Foqts 4 futbolçudan imtina etdi
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 16-da, Moskvadakı "Lujniki" stadionunda Rusiya yığması ilə keçirəcəyi oyuna hazırlıq məqsədilə Bakı şəhərində təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib. Azerisport.az xəbər verir ki, baş məşqçi Berti Foqtçun qərarına əsasən, Nizami Hacıyev, Elvin Məmmədov, Ruslan Əmircanov və Usim Nduka yığmadan kənarlaşdırılıb.
Məlumatı AFFA-nın rəsmi saytı yayıb. Məlumatda bildirilir ki, adıçəkilən futbolçular bu gündən etibarən təlim-məşq toplanışında iştirak etməyəcəklər.
