11 oktyabr 2012 12:26
Yığmamızın Rusiya ilə oyun üçün yekun heyəti bəlli oldu
Futbol üzrə Azərbaycan yığmasının 2014-cü ildə Braziliyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 16-da, Moskva şəhərindəki Lujniki stadionunda keçiriləcək Rusiya ilə oyun üçün yekun heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Berti Foqts sonda 21 futbolçuya güvənib.
Maraq üçün xatırladaq ki, almaniyalı mütəxəssis oktyabrın 5-dən start götürən və 13-dək davam edəcək toplanışa öncədən 28 futbolçu dəvət etmişdi. Amma zədə səbəbindən bu heyətdən öncə “Neftçi”nin yarımmüdafiəçisi Cavid İmamverdiyev, ardından “Qarabağ”ın orta sahə oyunçusu Əfran İsmayılov, həmçinin “Xəzər Lənkəran”ın müdafiəçisi Elnur Allahverdiyev kənarlaşdırılmışdı. Bu gün isə daha dörd futbolçunun Moskvaya aparılmayacağı açıqlandı. Bunlar Nizami Hacıyev, Ruslan Əmircanov (hər ikisi “İnter”), Elvin Məmmədov (Bakı) və Usim Ndukadı (AZAL).
Əvəzində ilk dəfə millimizə dəvət olunan Elhad Nəziri heyətdə saxlanılıb. Heyətdə ən çox futbolçu ilə (6) “Qarabağ” təmsil olunur. “Xəzər Lənkəran” isə milliyə 4 futbolçu verib.
Beləliklə, yığmamız Rusiya ilə oyuna bu heyətlə yollanır:
Qapıçılar: Kamran Ağayev (Xəzər Lənkəran), Anar Nəzirov (Qəbələ), Səlahət Ağayev (Sumqayıt);
Müdafiəçilər: Rəşad Sadıqov (Qarabağ), Vladimir Levin (İnter), Bədavi Hüseynov (Qarabağ), Maksim Medvedev (Qarabağ), Əli Gökdəmir (Hannover, Almaniya), Aqil Nəbiyev (AZAL);
Yarımmüdafiəçilər: Ruslan Abışov (Xəzər Lənkəran), Elhad Nəziri (Milsami, Moldova), Murad Ağayev (Sumqayıt), Aleksandr Çertoqanov (Qəbələ), Rahid Əmirquliyev (Xəzər Lənkəran), Mahir Şükürov (Neftçi), Cavid Hüseynov (Adana Demirspor, Türkiyə);
Hücumçular: Branimir Subaşiç (Xəzər Lənkəran), Vüqar Nadirov (Qarabağ), Rauf Əliyev (Qarabağ), Vaqif Cavadov (Qarabağ), Cihan Özkara (Erciyesspor, Türkiyə).
