12 oktyabr 2012 00:55
Arazın qənimi xorvatlara da divan tutdu
Futzal üzrə UEFA Kubokunun elit raundunda Azərbaycan çempionu “Araz”ın yer aldığı A qrupunda daha bir oyun keçirilib. Azerisport.az xəbər verir ki, “Araz”ın İspaniya “Barcelona”sı ilə üz-üzə gəldiyi gündə bu qrupun oyunlarına ev sahibliyi edən Sloveniya “Litija”sı da Xorvatiyanın “MNK Split” komandası ilə münasibətlərinə aydınlıq gətirib.
Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb. İlk oyununda “Barcelona”dan 18 cavabsız qol buraxan xorvatlar sloveniyalılara da 1:10 hesabıyla uduzublar.
Xatırladaq ki, “Litija” ilk oyununda “Araz”a 5:3 hesabıyla qalib gəlmişdi. Azərbaycan çempionu “Barcelona”ya da 1:7 hesabıyla yenilib.
|
Barcelona
|
2
|
2
|
0
|
0
|
25-1
|
6
|
|
Litija
|
2
|
2
|
0
|
0
|
15-4
|
6
|
|
Araz
|
2
|
0
|
0
|
2
|
4-12
|
0
|
|
MNK Split
|
2
|
0
|
0
|
2
|
1-28
|
0
|
