12 oktyabr 2012 01:15
“Biz bu futbolçuların Lansa getməsinə təəssüflənmirik”
“Bakı”nın 16 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Adnan Yazıçıoğlu dörd aparıcı yetirməsinin Fransanın “Lans” klubuna göndərilməsinə münasibətini bildirib. Azerisport.az saytına müsahibəsində o, Ülvi Süleymanov, Valeh Seyidov, Əzəmət Qazayev və Etibar Sailovun 3 illik Fransaya göndərilməsi ilə bağlı bunları dilə gətirib:
“Onlar hamısı yaxşı futbolçular idilər. Biz əminik ki, onlar özlərini “Lans”da yaxşı tərəfdən göstərəcəklər. Biz belə futbolçuları buraxdığımız üçün təəssüflənmirik. Çünki biz də istəyirik ki, onlar Avropa səviyyəsində çıxış etsinlər, özlərini isbatlasınlar”.
