12 oktyabr 2012 13:37
Premyer Liqamızda növbəti baş məşqçi istefası
“Turan”da baş məşqçi istefası baş verib. Azerisport.az xəbər verir ki, baş məşqçi Əsgər Abdullayev istefaya getdiyini açıqlayıb.
Onun istefasına səbəb kimi klubdakı acınacaqlı durum, eləcə də nəticələr göstərilir.
Qeyd edək ki, “Turan” Premyer Liqanın ilk 8 turunda 7 xal (2 qələbə, 1 heç-heçə və 5 məğlubiyyət) toplayıb və 9-cu pillədə qərarlaşıb.
Tovuz təmsilçisinin yeni çalışdırıcısı da bəlli olub. Əfqan Tılıbov Tovuz klubunun baş məşqçisi təyin olunub. Vaxtilə “Ədliyyə” və “Gənclərbirliyi”ndə işləmiş Talıbov bir müddət U-21-də baş məşqçi Bernhard Lippertin köməkçisi olub.
Xatırladaq ki, bu, Topaz Premyer Liqasının yeni mövsümündə beşinci baş məşqçi istefasıdı. Öncə "Rəvan" Cavad Güləri, ardından isə Bəhmən Həsənovu istefaya göndərmişdi. "Kəpəz"də Mahmud Qurbanov Fuad İsmayılovu əvəzləmişdi. Ən son olaraq isə “Qəbələ”də Fatih Kavlak postunu Ramiz Məmmədova buraxmışdı.
