12 oktyabr 2012 13:46
12 yaşlı futbolçumuzun səsi Sankt-Peterburqdan gəldi (FOTO)
Rusiyanın Sankt-Peterburq şəhərində 12 yaşadək qədər futbolçular arasında təşkil olunan “Young Talents-2012” beynəlxalq turnirinin açılış mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, tədbir turnir təşkilatçılarının açılış nitqi ilə start götürüb.
Daha sonra müxtəlif ölkələri təmsil edən komandalarının futbolçuları turnirin manifestini doğma dillərində səsləndiriblər. “Qəbələ”nin U-12 komandasınln üzvü Təbriz İsazadə iştirakçılarını salamlayıb və manifesti Azərbaycan dilində auditoriyaya çatdırıb.
