12 oktyabr 2012 14:05

“Bravo, Azərbaycan”!

“FİFA U-17 qadınlararası dünya çempionatını keçirməklə Azərbaycan qadın futbolunun inkişafında mühüm bir addım atdı”. Azerisport.az xəbər verir ki, bunu Yerli Təşkilat Komitəsinin FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin bağlanışına həsr olunmuş mətbuat konfransında Yerli Təşkilat Komitəsinin infrastruktur və IT direktoru Elnur Məmmədov deyib.
 
 "Çempionat çərçivəsində biz öz infrastrukturumuzu inkişaf etdirdik, təşkilati məsələlərdə böyük təcrübəyə malik olduq. Deyə bilərik ki, artıq növbəti böyük idman tədbirlərinin, futbol çempionatlarının keçirilməsi üçün potensialımız var və bir daha biz bunu sübut etməyə hazırıq", - Məmmədov bildirib.
 
Tədbirdə çıxış edən FIFA U-17 qadınlararası dünya çempionatı Təşkilat Komitəsinin üzvü Anastasiya Tsiklas əvvəlcə Bakının gözəlliyinə heyran olduğunu və burada insanların qonaqpərvərliyini diqqətə çatdırıb.
 
O, AFFA rəhbərliyinə yaradılan şəraitə görə təşəkkürünü bildirib: "Doğrudan da çox gözəl infrastruktur yaradılmışdı, bütün təşkilati işlər yüksək səviyyədə həyata keçirilmişdi. Azərbaycan da artıq gözəl qadın futbol komandası formalaşdırıb. İlk oyuna Azərbaycan rəhbərliyi də gəlmişdi. Bütün bunlar çox şeydən xəbər verir. Bravo, Azərbaycan"!
 
FIFA Qadın Turnirlərinin rəhbəri Tatyana Haenni da çempionat haqqında öz təəssüratlarını bölüşüb. O qeyd edib ki, bu çempionat indiyə qədər keçirilən yarışların ən yaxşılarından idi. Haenni DÇ üçün gözəl infrastrukturun, həmçinin yarış iştirakçılarının burada qalması üçün yüksək şəraitin yaradıldığını diqqətə çatdırıb.
 
O, bu çempionatın dünyada qadın futbolunun inkişafına mühüm töhfə verəcəyini qeyd edib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.