12 oktyabr 2012 16:45

Azərbaycan kubokunun yeni mövsümünün püşkü atıldı (YENİLƏNİB)

Bu gün futbol üzrə Azərbaycan kubokunun 2012/2013-cü il mövsümünün püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, tədbir AFFA-nın inzibati binasında təşkil olunub.
 
Qeyd edək ki, 2012/2013-cü il mövsümündə Azərbaycan kuboku uğrunda yarışda 21 komanda iştirak edəcək. Bunlardan 12-si Topaz Premyer Liqasını, qalan 9-u isə birinci divizionu təmsil edir: “Neftçi”, “Xəzər Lənkəran”, “İnter”, “Qarabağ”, “Bakı”, “Qəbələ”, AZAL, “Rəvan”, “Kəpəz”, “Simurq”, “Turan”, “Sumqayıt”, “Qaradağ Lökbatan”, “Neftçala”, “Bakılı”, “Lokomotiv”, “Tərəqqi”, “Şuşa”, MOİK, “Ağsu”, “Qala”.
 
Püşkün nəticəsinə əsasən, 1/16 finalda Premyer Liqadan yalnız 1 klub iştirak edəcək ki, bu da “Kəpəz”di. Qalan Premyer Liqa təmsilçiləri mübarizəyə 1/8 finaldan qoşulacaqlar. Son çempion “Neftçi” “Tərəqqi” – “Ağsu” cütünün qalibini, “Xəzər Lənkəran” Premyer Liqada uduzduğu “Turan”ı sınağa çəkəcək. Premyer Liqanın sürpriz liderləri – AZAL və “Simurq” kubokda münasibətlərinə aydınlıq gətirəcəklər.
 
Əsasnaməyə uyğun olaraq Azərbaycan kubokunun 1/4 finalınadək komandalar qalibi bir oyunda müəyyən edəcək. 1/4 final mərhələsinindən başlayaraq isə cütün qalibi ev və səfər oyunlarında alınmış nəticələrə görə müəyyən ediləcək.
 
Azəraycan kuboku
1/16 final
24 oktyabr
 
Tərəqqi – Ağsu
MOİK – Bakılı
Şuşa – Neftçala
Qaradağ – Lokomotiv
Qala – Kəpəz
 
1/ 8 final
28 noyabr
 
AZAL – Simurq
Tərəqqi/Ağsu – Neftçi
Qəbələ – Qaradağ/Lokomotiv
Qala/Kəpəz – Qarabağ
Bakı – Sumqayıt
MOİK/Bakılı – İnter
Rəvan – Şuşa/Neftçala
Turan – Xəzər Lənkəran

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.