12 oktyabr 2012 14:35

DÇ-nin bağlanış mətbuat konfransı (FOTOLAR)

“Four Seasons” otelində FIFA və Yerli Təşkilat Komitəsi FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 ilə bağlı mətbuat konfransı keçirilib. FIFA U-17 qadınlararası dünya çempionatı təşkilat komitəsinin üzvü Anastasiya Tsiklas, FIFA qadın yarışlarının rəhbəri Tatyana Haenni və YTK-nın stadion, infrastruktur və IT direktoru Elnur Məmmədov fikirlərini bildirib, jurnalistlərin suallarını cavablandırıblar.
 
Anastasiya Tsiklas (FIFA U-17 qadınlararası dünya çempionatı Təşkilat Komitəsinin üzvü): “Bakıda gördüklərim məni yaxşı mənada xeyli təəccübləndirdi. İnsanlar turnirə çox diqqət göstərirlər. İndiyədək təşkil olunmuş dünya çempionatları arasında Azərbaycanda keçirilən dünya çempionatı ən yaxşısı idi. İnsanlar turnirə barmaqarası yanaşmadılar. Buna görə Yerli Təşkilat Komitəsinin əməyini qeyd etmək lazımdır. Bu, sıravi tədbir olmadı. Buradakı insanlar böyük şərəf hissi keçirdilər. Azərbaycan prezidentinin açılış oyununa gəlməsi böyük hadisədir”.
 
Tatyana Haenni (FIFA qadın yarışlarının rəhbəri): “FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-də təşkilatçılıq yüksək səviyyədə idi. Buna görə AFFA-nı təbrik edirəm. Onlar işin öhdəsindən çox gözəl gəldilər. Bu, yaxşı irs oldu”.
 
Elnur Məmmədov (YTK-nın stadion, infrastruktur və IT direktoru): “Dünya çempionatının keçirilməsi ilə bağlı Azərbaycana göstərilən etimada görə FIFA-ya təşəkkür edirik. İnanırıq ki, qadın futbolunda mühüm addım atdıq. İnfrastrukturu yaxşılaşdırdıq, böyük təcrübə qazandıq. Əminliklə deyə bilərik ki, futbol üzrə böyük turnir keçirməyə hazırıq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.