12 oktyabr 2012 14:56
FİFA ilin ən yaxşı məşqçisi adına namizədlərin siyahısını açıqladı
FİFA ilin ən yaxşı məşqçisi adına namizədlərin siyahısını açıqlayıb. Azerisport.az xəbər verir ki, 33 nəfərlik siyahıda portuqaliyalı Joze Mourinyo (Real, İspaniya), şotlandiyalı Aleks Ferqyuson (Manchester United, İngiltərə), ispaniyalılar - Visente del Boske (İspaniya yığması), Xosep Qvardiola (“Barcelona”nın sabiq baş məşqçisi), italyanlar - Luçano Spaletti (Zenit, Rusiya), Roberto di Matteo (Chelsea, İngiltərə), Françesko Qvidolin (Udinese, İtaliya), Roberto Mançini (Manchester City), Valter Matsarri, Çezare Prandelli (İtaliya yığması) var.
Oktyabrın 30-da siyahı 10 nəfərə kimi azaldılacaq. Noyabrın 30-da San-Pauluda keçiriləcək Konfederasiya kubokunun püşkatmasından öncə mükafata namizəd olan 3 nəfərin açıqlanacaq. Mükafatlandırma mərasimi yanvarın 7-də Sürixdə keçiriləcək.
