12 oktyabr 2012 15:02

Əfqan Talıbov: Bu, Əsgər Abdullayevin yaratdığı komandadı

“Turan”ın yeni baş məşqçisi təyin olunan Əfqan Talıbov bu münasibətlə azerisport.az saytının suallarını cavablandırıb.
 
- “Turan” rəhbərliyi sizə baş məşqçi postunu nə vaxt təklif etdi?
- Dünən axşam klub rəhbərliyi ilə görüşüb, söhbətləşdik. Nəticədə birgə çalışmaqla bağlı razılığa gəldik.
 
- Artıq yeni klubunuzla müqavilə imzalamısız?
- Xeyr. Müqaviləni sabah imzalamağa hazırlaşırıq.
 
- Köməkçilərinizi müəyyənləşdirmisiz?
- Bəli. Amma biz hələ maaş məsələsini də danışmalıyıq. Yalnız bundan sonra onların adlarını konkret açıqlayacağam. Mən öz konsepsiyamı klub rəhbərliyinə təqdim etmişəm. Ortaq məxrəcə gəlmişik.
 
- Qarşınıza hansı vəzifə qoyulub?
- Əlbəttə, məndən yüksək nəticələr tələb olunmayacaq. Çünki komanda məndən öncə formalaşdırılıb. Hər halda ilk altılığa vəsiqə qazanmaq çox gözəl nəticə olardı. Lakin yenə deyirəm ki, bu komandanı mən formalaşdırmamışam. Bu, Əsgər Abdullayevin komandasıdı. Hazırda sərəncamımda cəmi 20 futbolçu var. Transfer pəncərəsi açılanda güclənməyə çalışacağıq.
 
- Yerli, yoxsa əcnəbi futbolçularla?
- Komandada legionerlər var. Amma biz daha çox yerli futbolçulara üstünlük verməyə çalışacağıq. Çünki Tovuz futbolunun da öz ənənələri var və onlardan yararlanmaq lazımdı.
 
- Yeni komandanızın bu mövsümkü oyunlarına baxmısız?
- Mən komandanın oyununu görmüşəm və nəyə qadir olduqlarını bilirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.