12 oktyabr 2012 15:36
AZAL-la Sumqayıtın həm əsas, həm də əvəzedici komandaları üz-üzə
Çempionatda yaranmış fasilədən istifadə edən “Sumqayıt” Futbol Klubu yoxlama oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, Bernard Raabın komandası oktyabrın 15-də saat 16:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda AZAL-ı qəbul edəcək.
Əsas komanda ilə yanaşı əvəzedicilər də üz-üzə gələcək. Həmin görüş sabah saat 13:00-da “AZAL Arena”da baş tutacaq.
