12 oktyabr 2012 16:23
Rusiya - Azərbaycan matçı canlı yayımlanacaq
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Moskvada keçiriləcək Rusiya - Azərbaycan oyunu canlı yayımlanacaq. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, Rusiya - Azərbaycan oyunu İdman Azərbaycan kanalında canlı yayımlanacaq.
Qeyd edək ki, sözügedən oyun oktyabrın 16-da, Bakı vaxtı ilə saat 20:00-da, Moskva şəhərindəki "Lujniki" stadionunda keçiriləcək.
