12 oktyabr 2012 17:16
Azərbaycan çempionu üç futbolçu almağa hazırlaşır
Futbol üzrə Azərbaycan çempionu “Neftçi” heyətini gücləndirmək yönündə işlərə indidən start verib. Azerisport.az xəbər verir ki, qış transfer pəncərəsi dönəminə hələ xeyli müddət qalsa da, transfer çalışmaları davam etdirilir.
Baş məşqçi Böyükağa Hacıyevdən aldığımız məlumata görə, “ağ-qaralar” qış transfer pəncərəsi dövründə ən azı üç futbolçu alacaqlar. Söhbət iki müdafiəçi, bir hücumçudan gedir. Böyük ehtimalla onların hamısı legionerlər olacaq.
Hələlik komandaya cəlb olunacaq futbolçuların adları gizli saxlanılır. Lakin onlarla danışıqlara artıq indidən başlanılıb.
