12 oktyabr 2012 17:38
Kubok oyunlarının hansı kanal vasitəsilə yayımlanacağını yeni sponsor müəyyənləşdirəcək
Futbol üzrə Azərbaycan Kubokunun yeni mövsümünün titul sponsoru hələlik bəlli deyil. Azerisport.az xəbər verir ki, hazırda Peşəkar Futbol Liqası ölkə kubokuna sponsorluq etməkdə maraqlı olan şirkətlərlə danışıqları davam etdirir.
PFL prezidenti Ramin Musayevin verdiyi məlumata görə, danışıqlar 80 faiz yekunlaşıb. Qurum hazırda kuboka sponsorluq etmək şirkətlərdən yekun sözü gözləyir.
Musayev onu da bildirdi ki, Topaz Premyer Liqasının oyunlarını canlı yayımlayan “İdman Azərbaycan” kubok görüşlərini də göstərəcək. Lakin bu, daha çox yeni sponsorun istəyindən asılı olacaq. Həmin sponsor istəsə, kubok görüşlərini başqa kanal da yayımlaya bilər.
