12 oktyabr 2012 18:16
Atleticonun baş meneceri: Bakı düzgün yoldadı (VİDEO)
"Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədovun dəvəti ilə ölkəmizdə işgüzar səfərdə olan "Atletico" (Madrid) klubunun baş meneceri Migel Anxel Gil Marin "Bakı" futbol klubunun televiziyasına müsahibə verib. Azerisport.az xəbər verir ki, o, "Bakı"nın təlim-məşq bazasını yüksək qiymətləndirərək gələcək uğurlar üçün möhkəm bünövrə qoyulduğunu bildirib.
