12 oktyabr 2012 18:39

Georgi Nikolov: Neftçiyə kömək etməliyik, çünki onlar hamımız üçün oynayırlar

“İnter”in prezidenti Georgi Nikolov azerisport.az saytına müsahibəsində komandasının üzvlərinin ötən mövsümün yekunlarına görə fərdi mükafat ala bilməməsindən, “bankirlər”in cari mövsümkü çıxışından, “Neftçi” ilə oyunun təxirə salınmasından, eləcə də millimizin Rusiya ilə oyunundan danışıb.
 
- “İnter”in heç bir futbolçusunun ötən mövsümün qaliblərinin mükafatlandırılması mərasimində fərdi mükafata layiq görülməməsi sizi məyus etmədi ki?
- Əgər burda söhbət stolüstü tennisdən, bədii gimnastikadan və ya ağır atletikadan getsəydi, o vaxt təəssüflənərdim. Amma futbol komanda oyunudu. Burda komandanın uğuru daha vacibdi. Biz hətta çempion olanda da futbolçularımızdan heç birini xüsusi fərqləndirməmişdilər. Odu ki, biz buna öyrəncəliyik.
 
- Komandanızın turnir cədvəlində hazırda qərarlaşdığı mövqe sizi qane edir?
- Fikrimcə, əlavə iki xalımız olsaydı, daha ideal olardı. Biz bir neçə yaxşı oyun keçirsək də, onların bəzisində xal da itirmişik. Amma bu, mövsümün əvvəlidi. İndidən nəyisə mühakimə etmək tezdi.
 
- Azərbaycan yığmasının Rusiya ilə seçmə mərhələ oyunundakı şanslarını necə qiymətləndirirsiz?
- Əlbəttə, mən özüm Azərbaycana azarkeşlik edəcəyəm. Amma gəlin etiraf edək ki, Rusiya yığması hazırda çox güclüdü. Hərdən rusları Moskvada məğlub etməyin mümkünlüyündən danışıldığını eşidəndə, mənə bir qədər gülməli görünür. Ruslar həm fərdi, həm də komanda oyunu baxımından bizim komandamızı qabaqlayır. Hər şeyə rəğmən, futbolçularımıza uğurlar arzulayıram. Onlar üçün çox həyəcan keçirəcəm.
 
- Bu oyunlarla əlaqədar Premyer Liqada ikinci dəfə böyük fasilə yarandı. Sizin buna münasibətiniz necədi?
- Əlbəttə, bu, çempionata mənfi təsir göstərir. Uzun fasilələr futbolçular üçün əlverişli deyil. Mən həmişə demişəm ki, Premyer Liqamızın inkişafının əsas göstəricisi Azərbaycan yığmasıdı. Elə isə iki-üç həftə oynayıb fasiləyə çıxdığımız halda milli komanda necə güclü ola bilər? Özümüzə rəqib tapmaq Gürcüstana, Qazaxıstana, İrana, Türkiyəyə gedək? Mən əminəm ki, belə fasilələr Kaxaber Tsxadadzeyə də xoş deyil, Böyükağa Hacıyevə də, Berti Foqtsa da.
 
- Axı bunlar Berti Foqtsa görə edilir...
- Mən bir neçə dəfə Foqtsla bu barədə danışmışam. O, məşq prosesləri ilə bağlı öz arqumentlərini gətirib. Deyir ki, onu belə qane edir. Onu da başa düşmək olar. Deyir ki, məşqçilərlə görüşündə onların heç biri bu toplanışlara görə öz etirazını bildirmir. Amma sonradan məlum olur ki, kimsə nədənsə narazıdı. Belə olan halda məşqçilər öz sözlərini deməlidilər, klub rəsmiləri yox.
 
- Premyer Liqanın yeni mövsümündəki təxirəsalmalardan biri də məhz “İnter”in təşəbbüsü ilə baş tutdu...
- Bilirsiz ki, hazırda hamımız Avropa Liqasında “Neftçi”yə azarkeşlik edirik. Onlar Milan “İnter”i ilə vacib oyuna çıxmalı idilər. Biz isə “ağ-qaralar”ı süni örtüklü meydanda qəbul etməliydik. Məhz bu üzdən “Neftçi”nin prezidenti Sadıq Sadıqovla danışdım və belə qərara gəldik ki, qarşılaşmanı təxirə salaq.
 
- Yəni, siz “Neftçi”yə kömək etməyə qərar verdiniz?
- Əgər biz avrokuboklarda çıxış etsəydik, eyni addımın onlar tərəfindən də atılması mümkün idi. Özünüz başa düşün: onları “İnter”lə təbii ot örtüklü stadionda vacib oyun gözləyir. Biz isə “Neftçi” ilə süni örtükdə oynamaq məcburiyyətində idik. Bu, həm rəqib komandanın futbolçularının hansınınsa sıradan çıxması ilə də nəticələnə bilərdi, həm də qısa zaman kəsiyində süni örtükdən təbii ot örtüklü qazona keçmək mənfi təsir göstərə bilərdi. İndiki məqamda biz hamımız “Neftçi”yə kömək etməliyik.
 
- “Neftçi”yə niyə məhz siz kömək etməlisiz?
- Məsələ heç də bunda deyil ki, biz bir-birimizi yaxşı başa düşürük. Eyni zamanda onu da başa düşmək lazımdı ki, “Neftçi”nin hər bir uğuru Azərbaycanın reytinq cədvəlindəki mövqeyini yaxşılaşdırır. Deməli, növbəti mövsümlərdə mübarizəyə daha gec start vermək imkanı qazanmış olacağıq. Eyni zamanda bu uğurlar davamlı olsa, Azərbaycanın qitə miqyaslı turnirlərdə təmsilçilərinin də sayı arta bilər. “Neftçi” indi tək özü üçün yox, hamımız üçün oynayır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.