12 oktyabr 2012 18:55

Ramin Musayev: Biz heç kimi məcbur edə bilmərik

Bu gün 2012/2013-cü il Azərbaycan kubokunun püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə çıxış edən Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev yarışların keçirilməsində şəffaflığın təmin olunmasına və heç bir narazılığın olmamasına çalışacaqlarını söyləyib:
 
“Bu il Azərbaycan kubokunda ötən illə eyni sayda komanda mübarizə aparır. Keçən kubok yarışında heç bir narazılıq olmamışdı. Yarışlar şəffaf və ədalətli keçirilmişdi. Çalışacağıq ki, bu kubok yarışında da belə olsun. Hər şey göz qabağındadır. Ümid edirəm ki, layiq olan qalib gələcək. Bəzi klubların maliyyə durumu imkan vermir ki, kubok yarışlarında iştirak etsinlər. Biz heç kimi məcbur edə bilmərik. Komandalar oyunçularını tanıtmaq üçün, bəziləri isə gənc futbolçuları sınamaq üçün bu yarışa qatılır. Elə komandalar da var ki, uğur qazanacağına inanmır və yarışlara qatılmır. Azərbaycan Kubokuna titul sponsorluğu ilə bağlı danışıqlar gedir. Demək olar ki, 70-80% razılıq əldə olunub. Elə də böyük məbləğ tələb etmirik. Kubok oyunları da televiziya vasitəsilə yayımlanacaq. Bu barədə problem yaşanmayacağına inanıram”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.