13 oktyabr 2012 00:33
“Güc birlikdədi”
Fransa komandasının ən güclü xüsusiyyəti nədir? Bu sualı FIFA U-17 qadınlararası dünya çempionatında iştirak edən heyətin 21 üzvündən hər hansı birinə versəniz, siz hər dəfə tamamilə eyni cavab eşidəcəksiniz. Bu nə onların Marion Romanelli simasında simvolizə olunan mükəmməl müdafiəsi, nə də onların meydanın hər bir hissəsində peyda olan Qutia Karçuni sayəsində topa yiyələnmə bacarığıdır.
Kadidiatu Diyaninin ideal formasını bərpa etməsinə baxmayaraq, bu hətta onların heç hücum xətti də deyil. Əksinə olaraq, oyunçuların sözlərinə görə Fransanın ən güclü cəhəti onların ziddiyyətli və temperamentli müxtəlif simalarının bir komandada cəmləşməsidir.
Bizim əqidəmiz, yanaşmamız və xarakterimiz müxtəlifdir, deyə Karçuni FIFA.com saytına qeyd edir. Komandamızda müxtəlif xüsusiyyətlər var, lakin son olaraq oyunçular komandada çiyin-çiyinə mübarizə aparmağı bacarırlar. Biz bir yerdə yaşamağı, bir-birimizlə söhbət etməyi, zarafat etməyi və eləcə də bir yerdə əylənməyi xoşlayırıq. Zənnimcə bütün bunlar da meydandakı oyunumuza müsbət təsir göstərir".
Bu dinamika Azərbaycan 2012-də şübhəsiz, onların işinə yarıyıb və Diyani bunların faydasını görmüş digər oyunçudur. "Mən deyilənlərlə tam razıyam" deyə o, qeyd edir.
Şənbə günü final oyunundakı rəqibi olan Koreya XDR, eləcə də ABŞ və Qambiya ilə bərabər ən çətin qrupa düşmüş Fransa komandasında bu cür birliyin formalaşdırılmasının xüsusilə onun turnirdəki irəliləyişində həlledici rolu olmuşdur. Belə ki, qrup mərhələsinin sonunda onlar növbəti pleyoff mərhələsinə zövqlə çıxmağı bacarmışlar.
"Düzünü desəm, biz finalda oynamağa layiqik, çünki, biz bura çıxmaq üçün çox mübarizə aparmışıq və məntiqi cəhətdən də bu düzdür," deyə Romanelli digər oyunçular kimi oxşar ssenarini təkrar etməzdən əvvəl qeyd edir. "Zənnimcə, bu uğurların səbəbi komandanın kollektiv gücüdür."
Çempionatın startından Fransanın sərgilədiyi performans müdafiəçinin fikrini şübhəsiz sübut edir, belə ki, komandada heç bir oyunçu digərindən heç bir mənada fərqlənməmişdir. Fransızlar hər bir oyunçusunun bir-biri ilə sıx oynadığı vahid bir komandadır. Ötən oyunlarda onlar həmçinin topa rəqiblərindən daha çox yiyələniblər və rəqiblərinin qapısına daha çox zərbələr və eləcə də küncdən zərbələr endiriblər.
Bununla belə qəribə hal odur ki, yalnız məhz Koreya XDR ilə oyunda onlar səviyyəcə üstün oyun göstərə bilməmişlər. "Çempionatda bir daha onlarla oynayacağımızdan şadam," deyə Romanelli əlavə edir. "Bu böyük oyun olacaq. Avropa çempionatının finalında biz almanlara məğlub olmuşduq, indi ən azından dünya çempionatının finalında bu hadisənin yenidən təkrarlanması riski yoxdur".
"Müxtəlifliyimiz bizi birləşdirir"
Düzdür. Risk yoxdur. Çünki almanlar yarımfinalda artıq Şimali Koreyalılara 2-1 hesabı ilə məğlub olublar, Fransızlar isə Qana üzərində 2-0 hesablı möhtəşəm qələbə ilə finala vəsiqə qazanıblar. Müdafiədə keçilməz, yarımmüdafiədə səhvsiz və hücumda qol vurmağa həvəsli olan Qay Feriyerin yetirmələri Qana ilə oyunda onlara əsl futbol dərsi keçdilər.
"Bu sanki bir nağıldır," deyə Karçuni qeyd edir. "Biz qol vursaq da, qol buraxsaq da, komandamız birdir. Komandada hər zaman ötürməni qəbul etməyə hazır olan və eləcə də digərənin səhvini sığortalayan digər komanda yoldaşı vardır. Bu mükəmməl bir haldır".
Çempionata laqeyd startdan sonra indi Fransanın hücum xəttinin bütün qüvvəsi ilə oynadığı görünür, buna bariz nümunə olaraq Diyaninin turnirin yarımfinal oyununda turnirin ən güclü müdafiəsini keçərək iki qol vurmasıdır. "Mən oyundan əvvəl Kadinin qol vuracağını söyləmişdim," deyə Karçuni gülümsəyərək qeyd edir. "Mən bundan əmin idim. O, qol vurduqda hətta ona mən səni sevirəm sözlərini söyləyəcəyimi demişdim və belə də oldu. "Diyani özü də çox şad idi. "Mən çox şadam, çünki Nigeriyaya qarşı oyunda yaxşı oyun göstərə bilməmişdim. Yəqin ən yaxşı oyunumu sonlara saxlamışdım".
Maylili Diyani, Əlcəzairli Karçuni və italyan əjdadları olan Romanelli ilə, Fransa komandasının heyəti həmçinin müxtəlif mənşəli oyunçuların toplusudur və Zinəddin Zidanın, Tiyeri Anrinin və Konun Almaniya 2006-da finala çıxdıqdan altı il sonra indi onlar da finala çıxıblar.
"Final oyununda uduzsaq belə, bir oyunçu kimi Dünya Çempionatı 2006 mənim ən sevimli xatirəmdir," deyə Fransa qadın komandasının baş meneceri və komandanı dəstəkləmək üçün hazırda Bakıda olan Uilli Sanyol qeyd edir. "İşlərimiz heç də yaxşı getmirdi və komanda kəskin tənqid olunurdu, lakin sonda biz düzgün yolu tapdıq və hər şey qeyri-adi şəkildə yaxşılığa doğru getməyə başladı".
Meydançadan kənarda komanda daxilində mövcud olan harmoniya Azərbaycanda da yenidən möcüzələr yaradır. FIFA Dünya Çempionatı Cənubi Afrika 2010-da və Avro 2012-dəki son uğursuzluqlardan sonra Feriyerin komandası Fransa futboluna böyük stimul verməkdədir. Bununla belə, oyunçuların özləri diqqətlərini tam olaraq komandanın əsas məqsədinə cəmləşdiriblər.
"Bu sadəcə Fransa komandasının imicini bərpa etmək deyil," deyə Karçuni qeyd edir. "Mənim üçün bu çempionat həmişəki kimi gözəl və möcüzəlidir. Bizim missiyamız bütün bacarığımızı ortaya qoyub, yiyələndiyimiz keyfiyyətlərlə sona qədər irəliyə getməkdir. Mən uğur qazanmaq yolunun birlikdə olduğuna əminəm. Millinin köynəyi üzərində "müxtəlifliyimiz bizi birləşdirir" sözlərinin yazılması heç də təsadüfi deyil".
