13 oktyabr 2012 00:54

“Bakıda zəfər qazanacağımıza inanıram”

Azərbaycanda keçirilən 17 yaşadək qızların futbol üzrə Dünya Çempionatında hesabındakı üç xalla Koreya XDR-in heyətində qol sayına görə ikinci yeri tutan  Kim So-Hyanq məşqçi Hvanq Yonq-Bonqun diqqətini cəlb etmək və əsas heyətdə yer ala bilmək üçün əlindən gələni edir.
 
20 nömrəli oyunçu Şimali Koreyanın çempionatdakı ilk dörd oyununda yalnız ikinci hissələrdə əvəzetmə ilə meydana çıxaraq cəmi 56 dəqiqə oyun göstərib. Lakin çərşənbə axşamı Almaniyaya qarşı yarımfinal oyununda meydana çıxmaqla dubl etdi və komandasını Fransa ilə keçirəcəkləri final oyununa daşımaqla ümidləri doğrultdu.
 
İki finalçı hələ qrup mərhələsində qarşılaşaraq 1-1 hesablı heç-heçə etmişdilər, lakin o zaman Kaesonq şəhərinin Sobaesku futbol klubunun şərəfini qoruyan hücumçu qarşılaşmanın sonunadək ehtiyat oyunçular skamyasında əyləşmiş və meydana daxil olmamışdır. Almaniya ilə qarşılaşmada sərgilədiyi 90 dəqiqəlik möhtəşəm oyundan sonra So-Hyanq şənbə günü Tofiq Bəhramov adına Respublika Stadioununda fransızlara qarşı oyunda da eyni uğuru təkrarlayacağına ümid edir.
 
“Almaniya ilə görüşdə əsas heyətdə oynayacağımı eşidəndə çox sevindim”, deyə hücumçu FIFA.com saytına bildirdi. “Məşqçinin məni Fransa ilə qrup qarşılaşmasında əsas heyətə çağırmamasının səbəbini bilmirəm. Amma açığı, o zaman çox məyus olmuşdum”.
 
“Bu oyun çox gərgin mübarizə şəraitində keçmişdi, çünki çempionatdakı ikinci oyunumuz idi və digər ölkələrlə qarşılaşmalarımız hələ irəlidə olduğu üçün təcrübəmiz də az idi”, deyə o, əlavə etdi. “Biz hər matçda daha çox püxtələşirik və əminəm ki, Fransa ilə final görüşündə biz bundan da yaxşı oyun sərgiləyəcəyik. Əlimizdən gələni əsirgəməyəcəyik. Fransa və ABŞ bizim ən güclü rəqiblərimizdirlər, lakin biz bu qarşılaşmaya hazırıq”. 
 
So-Hyanq komandasının Qambiyanı 11-0 hesablı məğlubiyyətə uğratdığı görüşdə ikinci hissədə meydana çıxdıqdan cəmi 13 dəqiqə sonra komandasının 8-ci qoluna imza atmışdı. 
 
Bu cür oyununa baxmayaraq, o, Fransaya qarşı keçirdikləri növbəti görüşdə əsas heyətdə yer almadı və yalnız ABŞ-la 1-1 hesablı heç-heçə etdikləri qarşılaşmanın 88-ci dəqiqəsində yenidən meydanda göründü. Lakin burada onun ixtiyarında fərqlənmək üçün olduqca az vaxt var idi.
 
Bununla belə, Kim Kanadaya qarşı dörddə bir final görüşündə 26 dəqiqə ərzindəki oyunu ilə baş məşqçi Hvanq Yonq-Bonqu inandıra bildi ki, onu Almaniya ilə yarımfinal görüşündə on birliyə daxil etsin. O zaman Kim komanda yoldaşı Ri Kyonq-Hyanqı əvəz etdi. So-Hyanq çoxdan gözlədiyi bu fürsətdən iki əlli yapışdı və iki qol vurmaqla komandasına qələbə qazandırdı. O, bu oyunda çempionatın bombardiri Ri Un-Simi də kölgədə qoydu.
 
“Rəqiblərimiz çox yaxşı müdafiə olunurdular və ona (Un-Simə) qol vurmaq üçün heç bir şans vermirdilər”, deyə So-Hyanq bildirdi. “Biz çox davamlı oyun nümayiş etdiririk və nəticə bizim komanda kimi birlikdə necə oynadığımızın sübutudur. Oyunumuz bir futbolçu üzərində qurulmayıb. Biz bütün komanda ilə oyuna atılırıq”. 
 
Onun Almaniyaya qarşı oyundakı bacarığı Fransa yığmasının futbolçusu Kadidiatou Dianinin qabiliyyəti ilə müqayisə edilə bilər. Diani yarımfinal qarşılaşmasında dubl edən ilk oyunçu kimi tarixə düşüb. Bu qarşılaşma zamanı Fransa Qananı turnirdən kənarlaşdıraraq finala yüksəlmişdi. Baş məşqçi Yonq-Bonqun da söylədiyi kimi So-Hyanqı Almaniya ilə görüşdə əsas heyətə çağırmaq kimi düzgün düşünülmüş qərar onun komandasının gücündən xəbər verir.
 
“İxtiyarımda çoxlu sayda istedadlı futbolçular var və onların heç biri digərindən geri qalmır”, deyə o, bildirdi. “Əsas heyəti seçərkən həmişə rəqib komandanı nəzərə alıram. Almaniya ilə qarşılaşarkən də əsas heyəti bu meyara əsaslanaraq seçdim. Bu heyət isə əvvəlki oyunlarda meydana çıxan heyətdən fərqlənirdi”. 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.