13 oktyabr 2012 00:42
Bakının keçmiş baş məşqçisi əməliyyat olundu
“Bakı”nın keçmiş baş məşqçisi əməliyyat olunub. Azerisport.az xəbər verir ki, Aleksandr Starkov bu həftənin əvvəlində kor bağırsağından əməliyyat olunub.
Təcrübəli mütəxəssis məhz bu səbəbdən baş məşqçisi olduğu latviya millisinin sabah Slovakiya ilə keçirəcəyi səfər oyununda iştirak edə bilməyəcək. Çünki həkimlər ona yataq rejimində müalicə olunmağı məsləhər görüblər. Milli komandaya onun köməkçisi Yuriy Şevlyakov başçılıq edəcək.
