12 oktyabr 2012 19:26
Mahmud Qurbanovdan etiraz
“Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov futbol üzrə Azərbaycan kubokunun yeni mövsümünün püşkatmasını dəyərləndirib. Azerisport.az xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı digər elita təmsilçilərindən fərqli olaraq, mübarizəyə daha erkən – 1/16 final mərhələsindən başlamalarından narazılığını dilə gətirib:
“Mən başa düşə bilmirəm ki, “Kəpəz” niyə kuboka belə tez başlayır. Premyer Liqanın bütün klubları mübarizəyə 1/8 finaldan qoşulacaqlar. Sadəcə, biz ilkin mərhələdən mübarizə aparmalı olacağıq. Düzdü, gec-tez biz də oynamalı olacağıq. Komandanın qarşısına kubokda mümkün qədər irəli getmək tapşırığı qoyulub. “Qala”nı məğlub etməyə çalışacağıq. Daha sonra isə “Qarabağ” haqda düşünərik. Düzdü, Ağdam klubu daha ciddi rəqibdi. Buna baxmayaraq, onları keçmək mümkündü”.
