13 oktyabr 2012 22:45
Araz Xorvatiya klubuna 5 qolla qalib gəldi (YENİLƏNİB)
Bu gün futzal üzrə UEFA Kubokunun elit raundunda Azərbaycan çempionu “Araz”ın yer aldığı A qrupunun oyunlarına yekun vurulur. Azerisport.az xəbər verir ki, Naxçıvan klubu son gündə Xorvatiyanın “MNK Split” komandası ilə münasibətlərinə aydınlıq gətirib.
Qeyd edək ki, “Araz” ilk oyununda qrupun matçlarına ev sahibliyi edən Sloveniya “Litija”sı ilə qarşılaşmış və 3:5 hesablı məğlubiyyətlə üzləşmişdi. Təmsilçimiz İspaniya “Barcelona”sı ilə görüşdə də 1:7 hesabıyla uduzmuşdu. İndi komandamız həmin məğlubiyyətlərin əvəzini əvvəlki görüşlərində darmadağına məruz qalmış xorvatlarla görüşdə çıxmağa çalışacaqdı. Bu komanda İspaniya klubuna 0:18, sloveniyalılara isə 1:10 hesabıyla uduzmuşdu. Elə "Araz" da "MNK Split"ə şans tanımayıb və böyük hesabla qələbə qazanıb. Amma bu qələbə komandamızın turnirdəki çıxışını başa vurmasına mane olmayıb.
Bu gün həm də Sloveniya “Litija”sı ilə “Barcelona” dördlər finalına vəsiqənin sahibini müəyyənləşdirəcək.
UEFA Kuboku
A qrupu
13 oktyabr
MNK Split - Araz - 1:5 (1:4)
Qollar: Vitali Borisov, 1 (0:1), Osibov, 4 (1:1), Osibov, 16-öz qapısına (1:2), Biro Jade, 17 (1:3), Rizvan Fərzəliyev, 19 (1:4), Elnur Zamanov, 39 (1:5)
|
Barcelona
|
2
|
2
|
0
|
0
|
25-1
|
6
|
|
Litija
|
2
|
2
|
0
|
0
|
15-4
|
6
|
|
Araz
|
3
|
1
|
0
|
2
|
9-13
|
3
|
|
MNK Split
|
3
|
0
|
0
|
3
|
2-33
|
0
|
