12 oktyabr 2012 11:09

Rauf Əliyev: Rusiyanın Portuqaliyaya məğlubiyyəti Azərbaycana düşərli olacaq

Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın hücumçusu Rauf Əliyev azerisport.az saytına müsahibəsind DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Rusiya ilə keçiriləcək oyundakı şanslarımızdan, eləcə də öz oyunundan danışıb.
 
- Berti Foqts artıq Rusiya ilə oyun üçün yekun heyəti açıqladı və daha dörd futbolçunu – Nizami Hacıyevi, Elvin Məmmədovu, Usim Ndukanı, Ruslan Əmircanovu yığmadan uzaqlaşdırdı...
- Əlbəttə, təəssüf ki, bu futbolçular yekun heyətdə yer ala bilmədilər. Hər halda bu, baş məşqçinin qərarıdı və onu müzakirə etmək bizim işimiz deyil. Amma əminəm ki, bu heyətlə qarşıdakı oyuna normal hazırlaşa biləcəyik.
 
- Azərbaycandan öncə Rusiya qrupumuzun favoritini – Portuqaliyanı qəbul edəcək...
- Bu oyunda şansları hər iki komanda üçün 50 faiz dəyərləndirərdim. Rusiya evdə oynadığı üçün müəyyən üstünlüyə malik olacaq. Lakin rəqib də kifayət qədər güclü Portuqaliyadı.
 
- Yığmamızı bu oyunda hansı nəticə qane edəcək?
- Şəxsən mən belə hesab edirəm ki, Portuqaliyanın qələbə qazanması pis olmazdı. Fikrimcə, bu ruslara psixoloji cəhətdən pis təsir göstərəcək. Belədə onlar bizimlə oyuna yaxşı əhval-ruhiyyədə çıxmaya bilərlər. Bu da bizim üçün sərfəlidi.
 
- Deməli, Portuqaliyaya azarkeşlik edəcəksiz?
- (gülür) Aydın məsələdi.
 
- Amma elə də ola bilər ki, ruslar Portuqaliyaya uduzandan sonra acıqlarını yığmamızdan çıxmaq üçün toparlana bilərlər. Və ya onların portəgizləri məğlub edib, yığmamızla oyuna bir qədər arxayın çıxması da istisna deyil...
- Əlbəttə, bu da ola bilər. Amma istənilən halda məğlubiyyət məğlubiyyətdi. Ondan sonra özünə gəlmək həmişə çətin olur. Ona görə də hesab edirəm ki, Rusiyanın məğlub olması bizim üçün daha yaxşı olardı.
 
- Bəs yığmamızın Rusiya ilə oyundakı şansları barədə nə deyə bilərsiz?
- Bilirik ki, çətin olacaq. Amma bizdə belə bir əminlik var ki, Moskvada özümüzü yaxşı tərəfdən göstərə biləcəyik, yaxşı nəticəyə nail olacağıq. Bütün uşaqlar bu oyuna yaxşı kökləniblər. Rusiyaya da yaxşı nəticəyə ümidli gedirik.
 
- “Qarabağ”ın heyətində yenidən çox görünməyə başlasanız da, hələlik qol vura bilmirsiz...
- Son dövrlərə qədər mənim oyunum alınmırdı. Amma indi tədricən əvvəlki formamı bərpa edirəm. Məsələn, “Simurq”la oyunda özüm də hiss etdim ki, yaxşı oynayıram. Lakin qol vurmaq alınmadı. Fiziki cəhətdən məndə hər şey qaydasındadı. Ona görə də tezliklə hər şeyin yoluna düşəcəyinə ümidliyəm.
 
- Maraqlı bir məqam var ki, siz heç vaxt qapıya uzaqdan zərbə endirmirsiz. Ya ötürmə edirsiz, ya da qapıya yaxınlaşıb zərbə endirmək istəyirsiz. Niyə?
- Necə cavab verəcəyimi heç özüm də bilmirəm (gülür). Əvvəla mən hücumun sivri ucunda oynadığım üçün elə zərbə epizodları o qədər də çox olmur. Amma düz qeyd etdiniz ki, belə imkan olanda da yararlanmıram və fərqli qərarlar qəbul edirəm. Ola bilsin ki, mənim zəif cəhətimdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.