12 oktyabr 2012 11:18
AFFA prezidenti Atletico klubunun rəsmiləri ilə görüşdü (FOTOLAR)
AFFA-nın prezidenti Rövnəq Abdullayev “Bakı” Futbol Klubu ilə əməkdaşlıq şərtlərini müzakirə etmək üçün ölkəmizə gələn İspaniyanın “Atletico” (Madrid) klubunun baş meneceri Migel Anxel Gil Marinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Azerisport.az xəbər verir ki, görüş zamanı qonaqlara ölkəmizdə futbolun inkişafı, infrastruktur layihələrinin həyata keçirilməsi, eləcə də bu istiqamətdə görülən digər işlər barədə ətraflı məlumat verilib.
AFFA-nın prezidentinə “Atletico” (Madrid) klubunun futbol geyimi təqdim edilib. Qonaqlar “Bakı” Futbol Klubunun bazası ilə tanış olub. Sonda Migel Anxel Gil Marinin iştirakı ilə mətbuat konfransı keçirilib. İspaniyalı qonağa “Bakı”nın xatirə hədiyyəsi təqdim olunub.
