13 oktyabr 2012 01:55
Avropada DÇ həyəcanına davam: Türkiyə yenə məğlub oldu (YENİLƏNİB)
Bu gün DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində üçüncü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının meydana çıxmayacağı gündə bir sıra maraqlı görüşlər baş tutub.
Qardaş Türkiyə yığması bu dəfə doğma meydanda Rumıniya ilə münasibətlərinə aydınlıq gətirib. "Ay-ulduzlular" bu görüşdə də gözlənilməz məğlubiyyətlə üzləşiblər.
Baş tutab bütün görüşlərin siyahısı, eləcə də qeydə alınan nəticələrlə aşağıda tanış ola bilərsiz.
DÇ-2014-ün seçmə mərhələsi
12 oktyabr
A qrupu
Makedoniya – Xorvatiya - 1:2 (1:1)
Qollar: Demiri, 16 - Çorluka, 33, Rakitiç, 60.
Serbiya – Belçika - 0:3 (0:1)
Qollar: Benteke, 34, De Bruyne, 68, Miralyas, 90+3.
Uels – Şotlandiya - 2:1 (0:1)
Qollar: Q.Beyl, 81-pen; 89 - Morrison, 27.
B qrupu
Çexiya – Malta - 3:1 (1:1)
Qollar: Selassie, 34, Pexart, 53, Rezek, 67 - Briffa, 38.
Ermənistan – İtaliya - 1:3 (1:1)
Qollar: Mxitaryan, 27 - Pirlo, 11-pen, De Rossi, 64, Osvaldo, 82.
Bolqarıstan – Danimarka - 1:1 (1:1)
Qollar: Rangelov, 7 - Bendtner, 40.
C qrupu
Farer adaları – İsveç - 1:2 (0:0)
Qollar: Baldvinsson, 58 - Kaçanikliç, 65, İbrahimoviç, 76.
Qazaxıstan – Avstriya - 0:0 (0:0)
İrlandiya – Almaniya - 1:6 (0:2)
Qollar: Keoq, 90+2 - Reus, 32; 40, M.Özil, 54, Kloze, 58, Kroos, 61; 83.
D qrupu
Türkiyə - Rumıniya - 0:1 (0:1)
Qol: Qrozav, 45+1.
Estoniya – Macarıstan - 0:1 (0:0)
Qol: Haynal, 46.
Hollandiya – Andorra - 3:0 (2:0)
Qollar: V.D.Vaart, 7, Huntelaar, 15, Şaken, 50.
E qrupu
Albaniya – İslandiya - 1:2 (1:1)
Qollar: Çani, 29 - Byarnason, 18, Siqurdsson, 81.
İsveçrə - Norveç - 1:1 (0:0)
Qollar: Qavranoviç, 79 - Hangeland, 81.
Sloveniya – Kipr - 2:1 (1:0)
Qollar: Matavş, 38; 62 - Aloneftis, 83.
G qrupu
Lixtenşteyn – Litva - 0:2 (0:0)
Qollar: E.Çesnauski, 51; 75.
Slovakiya – Latviya - 2:1 (2:0)
Qollar: Hamşik, 6-pen, Sapara, 9 - Verpakovski, 84-pen.
Yunanıstan - Bosniya-Herseqovina - 0:0 (0:0)
H qrupu
Moldova – Ukrayna - 0:0 (0:0)
İngiltərə - San Marino - 5:0 (2:0)
Qollar: Runi, 35-pen; 70, Uelbek, 37; 72, Çemberleyn, 77.
İ qrupu
Finlandiya – Gürcüstan - 1:1 (0:0)
Qollar: Hamalaynen, 62 - Kaşia, 56-öz qapısına,
Belarus – İspaniya - 0:4 (0:2)
Qollar: Alba, 12, Pedro, 20; 69; 72.
