12 oktyabr 2012 12:12

Kraliça II Elizabet Tofiq Bəhramova niyə qızıl fit verib?

FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin finalının keçiriləcəyi Tofiq Bəhramov stadionun adını dəfələrlə eşitsək də, bəlkə çoxlarımız bu görkəmli şəxsin futbol aləminə verdiyi töhfələrdən xəbərsizik. 1925-ci ildə Bakıda dünyaya göz açan azərbaycanlı hakim 1964-cü ildən etibarən beynəlxalq oyunları idarə etmək hüququ qazanıb.
 
Bununla da o, SSRİ-dən beynəlxalq çempionatları idarə edən ilk hakim kimi tarixə düşüb. Dünya çempionatının final oyununu idarə etmək üçün isə istedadlı Bəhramova cəmi 2 beynəlxalq oyunu idarə etmək kifayət edib. O, həmçinin Avropa Kubokunun final oyununda və avrokubokların final mərhələsində hakimlik edən ilk SSRİ hakimi olub. Bundan əlavə o, 1972-ci ildə Qitələrarası kubokun "Ayaks" (Hollandiya) və "İntependyente" (Argentina) komandaları arasında keçirilən final oyununu da idarə edib.
 
Lakin bu oyunları idarə etmək azərbaycanlı hakimin sənət uğurlarının kiçik bir hissəsi idi. Onu bütün dünyaya daha geniş miqyasda tanıtdıran isə 1966-cı ildə Dünya Çempionatında idarə etdiyi final oyunu oldu. Belə ki, İngiltərə və Almaniya komandaları arasında keçirilən final görüşündə yan xətt hakimi kimi meydana çıxan azərbaycanlı hakim 98-ci dəqiqədə İngiltərə komandasının oyunçusu Geoff Hurst-un vurduğu mübahisəli qolun qeydə alınmasında əvəzsiz rol oynamışdır və bu qol sayəsində ingilislər həmin dünya çempionatının qalibi olmuşdular. Alman futbolçuların topun qapı xəttini keçmədiyini iddia etmələrinə baxmayaraq, sonrakı araşdırmalar Bəhramovun haqlı olduğunu sübut etmişdi. Belə ki, topun diametrinin yarısı qapı xəttini keçmişdi.
 
Qartal gözlü T.Bəhramovun bu qərarı ingilislər tərəfindən heç də cavabsız qalmamışdı. Belə ki, həmin dövrdə “Qızıl Fit” mükafatı ilə yalnız baş hakimlər təltif olunsalar da o oyundan sonra kraliça II Elizabet həm “Qızıl Fit”i həm də“Qızıl İlahə”ni azərbaycanlı yan xətt hakimə təqdim etmişdi. Bununla da o, dünya futbol tarixinə "Qızıl fit" almış yeganə yan xətt hakimi kimi düşdü.
 
2004-cü ildə vəfat edən ingilis yazıçısı Artur Hopkraft ona özünün ən məşhur "Futbol adamı" kitabını həsr edib. O yazırdı : "Bəhramov bayrağını qaldıranda təkcə Uembli deyil, bütün İngiltərə onun ayaqları altında idi. Sonradan futbolçular mənə etiraf edirdilər ki, onlar özlərini yan xətt hakimini qaçıb qucaqlamaqdan zorla saxlamışdılar”.
 
2004-cü il oktyabrın 14-də FIFA prezidenti Yosef Blatter, UEFA-nın hazırkı prezidenti Mişel Platini və 1966-cı ildə Tofiq Bəhramovu məşhurlaşdıran qolun müəllifi Cefri Herstin iştirakı ilə Bakıda hakimin adını daşıyan stadionun qarşısında onun şərəfinə ucaldılmış heykəlin açılışı oldu. Bu, dünyada hakim şərəfinə ucaldılan ilk heykəl idi. (FİFA)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.