12 oktyabr 2012 00:18

“Onlarla necə fəxr etdiyimi şəxsən söyləmək üçün Azərbaycana gəlmişəm”

Fransa FIFA U-17 qadınlararası dünya çempionatının finalına vəsiqə qazanmış ilk Avropa komandası olmaqla çərşənbə axşamı Bakıda yerləşən 8-ci km stadionunda ölkəsinin şanlı səhifəsini yazdı. Azerisport.az xəbər verir ki, bu qələbə son üç həftədə bir qrup istedadlı oyunçuları və sərgilədikləri hücum futbolunun səviyyəsi ilə tamaşaçıları heyran etmiş fransızlar üçün həlledici bir an və mükafatı idi.
 
Bu cür zövqoxşayan oyun tərzinin inkişafında Fransanın gənclər komandaları üzrə baş menecer Villi Sanyolun əməyi böyükdü. Oyunçuları və eləcə də komandanın bütün texniki heyətini təbrik etmək məqsədilə Azərbaycana səfər etmiş və 58 dəfə milli komandanın formasını geyinmiş Fransa millisinin sabiq oyunçusu bu münasibətlə müsahibə verib.
 
- Sanyol, sizi Bakıya nə gətirib?
- Mən Fransa komandasının oyunçularına və eləcə də onun bütün texniki heyətinə ötən üç həftə ərzində sadəcə hesab-nəticə ilə deyil, eləcə də komandanın xarakter və imici ilə əlaqədar onların turnirdə etdiklərindən necə də fəxr etdiyimi şəxsən onlara söyləmək üçün bura gəlmişəm. Komandanın oyunçuları bir-birləri ilə çox yaxşı yola gedirlər və onlar artıq turnirdə bir çox yüksək səviyyəli oyunlar keçiriblər. Onların əsl heyət və əsl komanda olduğunu görmək çətin deyil. Bu, istər komandanın ümumi oyun fəlsəfəsi və istərsə də texniki heyətinin tərkibi ilə əlaqədar verilmiş müxtəlif qərarların düzgün olduğunu göstərir. Belə ki, mən onlara tamamilə heyranam.
 
- Siz özünüz qadın futbolunun pərəstişkarısınızmı?
- İşimin bir hissəsi kimi mən qadın futbolunu izləyirəm, bununla belə mən yalnız hələ indi onun haqqında ətraflı öyrənməyə başlayıram. Qızların futbola yanaşmasının oğlanların yanaşmasından tamamilə fərqli olduğu nəzərimdən qaçmadı. Qızların oyun fəlsəfəsi daha sağlamdır. Fransa U-17 qadın futbol komandası buna yaxşı misal ola bilər. Belə ki, hazırda onlar dünya çempionatında iştirak edirlər və tələsmədən qazandıqları təcrübəni yetərincə dəyərləndirirlər. Lakin onlar meydanda olarkən yaxşı oyun sərgiləməli olduqlarını da unutmurlar. Onlar təcrübədən tam yararlanmağı bacarırlar.
 
- Hazırda Fransada qadın futbolunun vəziyyəti barədə nə düşünürsünüz?
- Bu Fransada daima inkişaf etməkdə olan bir idman növüdür. Bizim təqribən 60.000 lisenziyalı oyunçularımız var və bu rəqəmin artacağına ümid edirəm. İnfrastruktur artıq qurulub və inkişaf etməyə davam edir. Bizim hazırda uğurla işləyən istedadlı gənclərin inkişaf etdirilməsi proqramı mövcuddur. Bu turnirdə iştirak edən oyunçular daxil olmaqla, bu proqram vasitəsilə xeyli sayda yüksək səviyyəli qadın futbolçular yetişdirilmişdir. Qadın futbol komandasının hazırda inkişafda olduğu üçün, bunun zəncirvari təsir vardır. Fransada qadın futbol komandası meydanda olduqda onlara televiziya vasitəsilə milyonlarla tamaşaçı baxır. Bu yenilikdir və ümumilikdə futbol aləmi bundan çox yararlanır.
 
- Sizin özünüzün FIFA dünya çempionatlarında təcrübəniz var, belə ki, siz Koreya/Yaponiya 2002 və Almaniya 2006, eləcə də FIFA U-20 dünya çempionatı Malayziya 1997-də iştirak etmisiniz. Bu təcrübə futbolçunun həyatında nə deməkdir?
- Futbolçu üçün dünya çempionatından daha yaxşı heç nə yoxdur. Gənc olarkən biz hamımız televiziya vasitəsilə dünya çempionatlarına baxdığımızı xatırlayırıq. Siz həmişə orada fotbolçu kimi olmağı arzulayırsız və nəhayət, bu turnirdə iştirak etdikdə sizin bir növ həyatdakı arzunuz gerçəkləşir. Bundan əlavə, rəqabət ruhu da vacibdir, çünki çempionata başladıqda sizdə çempion olmaq hissləri olur. Bu qızlara gəldikdə isə, deməzdim ki, onlar turnir öncəsi çempionatda bu qədər irəliləyə biləcəklərinə ümid edirdilər. Belə ki, onlar çox çətin qrupa düşmüşdülər, lakin yaxşı futbol oynamaqla və nizam-intizama diqqət yetirməklə bu çətin qrupdan növbəti mərhələyə çıxmağı bacardılar. O vaxtdan bəri, onlar həm meydanda həm də ondan kənarda eyni xarakter göstərirlər. Hər şey onlar üçün yaxşı davam edir - və getdikcə daha da yaxşılaşır.
 
- Siz turniri izləyirsiniz?
- Mən Fransanın keçirdiyi bütün oyunlara və eləcə də digər bəzi oyunlara, xüsusilə də Almaniyanın oyunlarına baxmışam. Bü cür turnirdə hər hansı uğur qazanmaq üçün qadın futbolunun hələ çox gənc olduğu iki-üç ölkələni çıxmaq şərtilə, ümumilikdə mən çempionatda iştirak edən komandaların oyun səviyyəsinin bir-birinə çox yaxın olduğunu düşünürəm. Əsasən, bu turnirdə dörd və ya beş ən güclü komandanın oyun səviyyəsi daha çox bərabərdir.
 
- Gənclər səviyyəsində uğur qazanan bir çox oyunçular daha sonrakı peşəkar futbolçu karyeralarında görünür o qədər də uğur qazana bilmirlər. Onlar uğurlu davamlılıq üçün nə etməlidirlər?
- Oğlanlar üçün çətinlik peşəkar futbol komandasına qoşulduqda başlayır. Onlar yeni komandaya və yeni mühitə uyğunlaşmalı olurlar. Onlar artıq 18 yaşlı bir futbolçunun həyat tərzindən fərqli həyat tərzi olan daha təcrübəli oyunçular arasına daxil olurlar. Qızlar üçün isə, hazırda beynəlxalq qadın futbolunun səviyyəsi onlara istəkləri ilə karyeranı birləşdirməyə təəssüf ki, imkan vermir. Belə ki, onlar bununla bərabər digər peşəkar sənət də şeçməli olurlar. Həm idman həm də peşəkarlıq tərəflərinə diqqət yetirmək onlar üçün çox vacibdr. Ən əsası isə, qadın kimi həyatda uğur qazanmaq onlar üçün ilk prioritetdir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.