12 oktyabr 2012 00:23
Qrup mərhələsindəki rəqiblər finalda yenidən üz-üzə
Azərbaycanda keçirilən 2012-ci il 17 yaşadək qızların futbol üzrə Dünya Çempionatı şənbə günü Bakının Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək iki misli görünməmiş matçla öz kuliminasiya nöqtəsinə çatacaq. Azerisport.az xəbər verir ki, mempionatın tarixi ərzində ilk dəfə olaraq, final görüşü ilk mərhələdəki qarşılaşmanın təkrarı olacaq.
Belə ki, 2008-ci il Yeni Zelandiyadakı dünya çempionatının qalibi Koreya XDR ilə final oyununa yüksəlmiş ilk Avropa komandası olan Fransa B qrupundakı dueli təkrarlayacaqlar. Üçüncü yer uğrunda qarşılaşma da qrup rəqibləri arasında təkrar oyun olacaq. Belə ki, D qrupunu adlamış Almaniya və Qana hər biri turnirin üçüncüsü olmaq üçün mübarizəyə qatılacaqlar. Hər iki qarşılaşmada artıq formalaşmış güclər yeni yüksəlməkdə olan komandalarla güclərini sınayacaqlar.
Günün oyunu
Fransa-Koreya XDR, Tofiq Bəhramov adına Respublika Stadionu, 13 oktyabr, 20.00 (yerli vaxtla)
Bugünədək 17 yaşadək qızların futbol üzrə bütün dünya çempionatlarında iştirak edən və dörd il əvvəl ilk çempionatın kubokuna sahib çıxan Koreya XDR artıq uğurun bir addımlığındadı. İki dəfə finala yüksəlmiş yeganə komanda kimi Koreya XDR, tarixi ərzində ilk dəfə olaraq qrup mərhələsini adlamış rəqibinə qarşı bütün təcrübəsindən istifadə edəcək. Hvanq Yonq Bonqun rəhbərlik etdiyi Asiya komandasının əsas qol silahı çempionatın bombardiri və Qızıl Butsi mükafatına əsas iddiaçı Ri Un-Simdir. İntizamlı və çevik oyun sərgiləyən şimali koreyalılar həm də hərtərəfli qabiliyyətə malikdirlər. Əgər ulduz futbolçu gözlənilmədən meydana çıxa bilməsə, koreyalılar onun yoxluğunu artıqlaması ilə kompensasiya edə biləcəklər. Belə ki, Almaniya ilə yarımfinal görüşündə Un-Simin meydanda yoxluğuna baxmayaraq, Kim So-Hyanq oyuna atılaraq dubl etmiş və komandasına qələbə qazandırmışdı.
Onların rəqibi olan Fransa isə əvvəllər heç vaxt qrup mərhələsini adlamamışdır. Bundan başqa, ölkə bütün qadınlararası yaş qrupları üzrə ilk dəfə olaraq Dünya Çempionatının finalına yüksəlir. Bununla belə, onlar heç də təcrübəsiz görünmürlər. 17 yaşadək qızların futbol üzrə Avropa Çempionatının ikincisi olan fransızlar qrup mərhələsində nəyə qadir olduqlarını nümayiş etdirdilər. Onlar Şimali Koreya ilə 1-1 hesablı heç-heçəyə imza atdılar və pley off mərhələsinə aparan yolda ABŞ-ı məğlubiyyətə düçar etdilər. Onların uğura aparan yolu Li Deklerq ilə Kadidiatou Dianinin məhsuldarlığından və Qridc Mbok Betinin müdafiədəki oyunundan keçir.
Digər qarşılaşma
Qana-Almaniya, Tofiq Bəhramov Stadionu, 13 oktyabr, 17.00 (yerli vaxtla)
Almanlar bu dəfə 2010-cu ildə Trinidad və Tobaqoda Koreya XDR-ə məğlubiyyətin qisasını ala bilməsələr də, bu mərhələyədək yüksələn ilk Afrika komandası olan Qananı məğlub etməklə çempionat tarixindəki ən yaxşı göstəricilərini təkrarlaya bilərlər. Fransa ilə yarımfinal oyununda qırmızı vərəqə alaraq meydanı tərk edən Qananın ulduz oyunçusu Ceyn Ayieyamın bu dəfə komandasına kömək edə bilməməsi Sara Dabritz və Ko üçün xoş xəbər sayıla bilər. Buna baxmayaraq, afrikalıların heyətində təhlükəli qol silahı olan Ayieyamdan başqa da istedadlı oyunçular çoxdur. Məhz bu cür güclü və sürətli oyunçular Qananı Azərbaycan 2012 Çempionatının əsas sürpriz komandalarından birinə çevirib.
D qrupundakı qarşılaşmalarından sonra tərəflər bir-birlərinə yaxşı bələddirlər. O zaman almanlar oyununun sonlarında qol vurmaq ənənəsini pozaraq qarşılaşmanın əvvəlində hesabda önə keçmişdilər. Son nəticədə isə afrikalıların əllərinə düşən çoxsaylı imkanlardan istifadə edə bilməməsi səbəbindən almanlar 2-1 hesabı ilə qələbə qazanmışdılar.
Əsas oyunçu
Azərbaycan 2012 Çempionatında keçirdiyi dörd qarşılaşmanın hər birində fərqlənməyi bacaran Koreya XDR-in qol silahı Ri Un-Sim Almaniyaya qarşı yarımfinal görüşünü qolsuz başa vurmaqla ənənəsini pozmuş oldu. Koreya Respublikasının futbolçusu Yeo Mincinin 2010-cu ildə Trinidad və Tobaqoda göstərdiyi səkkiz qolluq rekorddan bir xal geri qalan Un-Sim fransızlarla oyunda çox güman ki, bu rekordu yeniləməyə çalışacaq.
Statistika
116 – Azərbaycan 2012 Çempionatında bugünədək vurulan qolların sayı. Bu göstərici 2008-ci il Yeni Zellandiyadakı göstəricini 3 xal qabaqlayır, lakin 2010-cu ildə Trinidad və Tobaqoda qeydə alınan göstəricidən hələ ki doqquz xal geri qalır.
Sitat
“Koreya XDR çoxlu enerjiyə malik güclü bir komandadır. Final qarşılaşmasının ilk oyundan daha gərgin mübarizə şəraitində keçəcəyi heç kəsdə şübhə doğurmur. Fikrimizcə, bu görüşdə Koreya XDR ilə qarşılaşmaq bizim üçün daha sərfəlidir, nəinki Avropa Çempionatının finalında bizi məğlub edən Almaniya ilə”, fransalı oyunçu Marion Romanelli.
