12 oktyabr 2012 12:23
Mişel Platini Bakıya gəldi
Azərbaycan Futbol Federasiyaları Assosasiyasınən (AFFA) baş katibi Elxan Məmmədov UEFA prezidenti Mişel Platini ilə birgə Orta Asiya ölkələrində səfərdə olub. Azerisport.az xəbər verir ki, səfər zamanı UEFA rəhbəri Özbəkistan, Tacikistan, Qırğızıstan və Türkmənistan rəhbərliyi ilə görüşlər keçirib.
Bu gün isə Mişel Platini Azərbaycana gəlib. O, sabah keçiriləcək qızlar arasında dünya çempionatının final görüşündə iştirak edəcək. Bundan başqa, UEFA prezidentinin Azərbaycan rəhbərliyi ilə görüşü də nəzərdə tutulub.
