12 oktyabr 2012 00:39
Berti Foqts yığmamıza bir günlük istirahət verdi
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts komandamızın üzvlərinə istirahət verib. Azerisport.az xəbər verir ki, oktyabrın 5-dən təlim-məşq toplanışında olan milli üzvləri bu gün istirahət edəcəklər.
Komandamızın üzvləri hazırlıqları şənbə günündən etibarən bərpa edəcəklər. Qeyd edək ki, yığmamızın toplanışı oktyabrın 13-dək davam edəcək.
DÇ-2014-ün seçmə mərhələsində Rusiya ilə oyuna hazırlaşan yığmamız Moskvaya oktyabrın 14-də yola düşəcək. Sözügedən qarşılaşma isə ayın 16-da Rusiya paytaxtındakı “Lujniki” stadionunda baş tutacaq.
