12 oktyabr 2012 13:06

Əfran İsmayılov: Ola bilsin ki, Türkiyəyə yollandım

“Bakı”yla oyunun hazırlıqlarını gündə 2 məşqlə davam etdirən “Qarabağ” hələ də Əfran İsmayılovun xidmətindən məhrumdu. Azerisport.az xəbər verir ki, zədə səbəbindən millinin də düşərgəsinə qoşula bilməyən 24 yaşlı yarımmüdafiəçi son durumunu dəyərləndirib:
 
“Zədə əməliyyat olunan ayağımdadı. Ağrılarım əməlli-başlı azalıb. Amma risk etmək qorxuludu. Zədə daha da ağırlaşa bilər. Ola bilsin gələn həftə Türkiyəyə yollandım. Orda 1 günlük müayinə olunacam. Çalışacam ki, ən qısa zamanda hazır olum”.
 
Əfran eyni zamanda çempionatı da dəyərləndirib: “Təbii ki, heç kim çempionatın belə maraqlı olacağını gözləmirdi. “Simurq”un lider olması, “Sumqayıt”ın iddialılar üzərindəki qələbələri maraqlı idi. Çempionatda fasilələr yaransa da, yarışa maraq azalmır. “Qarabağ”a gəlincə, mövqeyimizdən həm razıyam, həm də yox. 2-ci yer hələ ki, pis olmasa da, daha çox xal toplaya bilərdik. Çempionluğa oynayan komanda mümkün qədər az xal itirməlidi. Amma gedişat onu göstərir ki, belə oyunlar çox olacaq. Hər tur gözlənilməz nəticələr qeydə alına bilər.  Hər oyunda xalın belə əhəmiyyəti böyük olacaq. İnanıram ki, daha yaxşı nəticələrlə azarkeşlərimizi sevindirəcəyik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.