13 oktyabr 2012 01:06
Bakının futbolçusu Finlandiya ilə oyunda ehtiyatda qaldı
Futbol üzrə Gürcüstan yığması növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, gürcülər DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Finlandiyanın qonağı olublar.
Oyun 1:1 hesabı ilə başa çatıb. 56-cı dəqiqədə Kaşiya hesabı açıb. 3 dəqiqədə sonra Aleksey Yeremenko meydandan qovularaq, finləri azlıqda qoyub. Buna baxmayaraq, Finlandiya bərabərlik qolunu vura bilib. 63-cı dəqiqədə Hamalaynen fərqlənib.
“Bakı”nın futbolçusu Georgi Popxadze oyunun iştirakçısı olmayıb. Gürcüstan yığmasının çalışdırıcısı Temuri Ketsbaya onu ehtiyatda saxlayıb.
