13 oktyabr 2012 01:14
Qarabağın üzvü oynamadı, komandası məğlubiyyətə üzüldü
Futbol üzrə Albaniya yığması növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, albanlar DÇ-2014-ün seçmə mərhələsində İslandiyanı qəbul ediblər.
Albanlar doğma meydanda keçirilən oyunda uduzublar – 1:2. Hesabı 19-cu dəqiqədə qonaqlardan Byarnason açıb. 10 dəqiqə sonra Çani bərabərliyi təmin edib. Lakin 81-ci dəqiqədə isə Siqurdsson qonaqların qələbə qolunu vurub.
“Qarabağ”ın futbolçusu Ansi Aqolli matçın iştirakçısı olmayıb. Albaniya yığmasının baş məşqçisi Canni de Byasi onu ehtiyatda saxlayıb.
