13 oktyabr 2012 01:32
Bakının futbolçusu 58 dəqiqə oynadı, cırtdanlar üzərində qələbəyə sevindi
Futbol üzrə Litva yığması növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, litvalılar DÇ-2014-ün seçmə mərhələsində Lixtenşteynin qonağı olublar.
Oyun Litvanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hər iki qola Edqaras Çesnauski imza atıb.
Litva yığmanın baş məşqçisi Çobo Laslo “Bakı”nın futbolçusu Deyvidas Çesnauskiyə start heyətində şans verib. O, 58-ci dəqiqədə Darvidas Şarnas tərəfindən əvəzlənib.
