13 oktyabr 2012 11:15
FIFA İcraiyyə Komitəsinin üzvü Bakıda
Burundi Futbol Federasiyasının prezidenti, FIFA İcraiyyə Komitəsinin üzvü Lydia Nsekera Bakıya gəlib. Azerisport.az xəbər verir ki, o, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin final oyununu izləmək üçün ölkəmizə təşrif buyurub.
Qeyd edək ki, L.Nsekera Beynəlxalq Olimpiya Komitəsinin də üzvüdü.
